Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmi parkı yenilənəcək

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmi parkı yenilənəcək
SOSİAL
10:11 25.06.2023
131
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmi parkı yenilənəcək, yeni kəşfiyyat sistemləri alınacaq.

AZXEBER.COM xəbər verir ki, bunu Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov bildirib.

Onun sözlərinə görə, gəmi parkının yenilənməsi, müşahidə, kəşfiyyat və rabitə sistemlərinin əldə olunması üzrə qabaqcıl müdafiə sənayesi şirkətlləriylə görüşlər keçirilir: "Sözügedən layihələrin bir qismi yaxın gələcəkdə mərhələli şəkildə həyata keçiriləcək".

Hərbi Dəniz Qüvvələrinin yaranması tarixindən danışan komandan deyib ki, bu, Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gəldiyi, dövlət və ordu quruculuğu məsələlərini tam nəzarətdə saxladığı dövrə təsadüf edir: "Yarandığı gündən etibarən dövlət rəhbərliyi tərəfindən Hərbi Dəniz Qüvvələrinin qarşısına mühüm tapşırıqlar qoyulub. Bu tapşırıqlar Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunun etibarlı mühafizə və müdafiəsi başda olmaqla, dənizdən gələ biləcək hərbi təcavüzlərin və terror aktlarının qarşısının alınması, əlverişli əməliyyat rejiminin saxlanılması, neft-qaz hasilatı yataqlarının və platformaların təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Ali Baş Komandanın diqqət və qayğısı ilə qarşıya qoyulan vəzifələrin icrası prosesinin lazımi səviyyədə təşkili üçün hər bir şərait yaradılıb. 2015-ci il iyunun 21-də, Hərbi Dəniz Qüvvələrinin yeni hərbi bazasının açılış mərasimində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev şəxsi heyət qarşısında çıxış edərək bildirib ki, "Hərbi Dəniz Qüvvələrinin gələcək inkişafı bundan sonra da daim mənim diqqətimdə olacaq". Geridə qalan illər ərzində bizlər bu diqqəti daim hiss etmişik və etməkdəyik".

S.Bəkirov söyləyib ki, qarşıya qoyulan tələblərin icrasını sürətləndirmək və təkmilləşdirmək məqsədilə inkişaf etməkdə olan müasir müdafiə sənayesi texnologiyalarının əldə olunması və tətbiqi üzrə araşdırmalar aparılır.

"Qətiyyətlə deyə bilərəm ki, Hərbi Dəniz Qüvvələri Azərbaycan Respublikasının Prezidentinin təsdiq etdiyi Dəniz Təhlükəsizliyi Strategiyasının tələblərini uğurla icra edir, eləcə də müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, bütün tapşırıqların öhdəsindən layiqincə gəlir", - o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu mobil operator ləğv edilir - NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK
13:35 01.09.2025
Azərbaycanda bu mobil operator ləğv edilir - NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK
"Qırmızı Xaç": "Əfqanıstanın təcili yardıma ehtiyacı var"
13:29 01.09.2025
"Qırmızı Xaç": "Əfqanıstanın təcili yardıma ehtiyacı var"
Fələstində aclıqdan ölənlərin sayı 348-ə çatdı
13:28 01.09.2025
Fələstində aclıqdan ölənlərin sayı 348-ə çatdı
Əfqanıstandakı zəlzələdən sonra təcili yardım əməliyyatlarına başlanılıb
13:23 01.09.2025
Əfqanıstandakı zəlzələdən sonra təcili yardım əməliyyatlarına başlanılıb
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 800-ə çatıb
13:23 01.09.2025
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 800-ə çatıb
Sabiq hərbi kəşfiyyat rəhbəri: "Netanyahu qorxaq və uğursuz liderdir"
13:18 01.09.2025
Sabiq hərbi kəşfiyyat rəhbəri: "Netanyahu qorxaq və uğursuz liderdir"
"Mahnının silinməsini tələb edirik" - Lamiyyə Ələkbərovadan AÇIQLAMA
13:18 01.09.2025
"Mahnının silinməsini tələb edirik" - Lamiyyə Ələkbərovadan AÇIQLAMA
Azərbaycan və Ermənistan liderləri təmasları davam etdirmək barədə razılığa gəliblər
13:10 01.09.2025
Azərbaycan və Ermənistan liderləri təmasları davam etdirmək barədə razılığa gəliblər
İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
12:45 01.09.2025
İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
Ərdoğan: Putinin ən qısa zamanda ölkəmizə səfərini gözləyirik
12:38 01.09.2025
Ərdoğan: Putinin ən qısa zamanda ölkəmizə səfərini gözləyirik
Avtobuslarda gediş haqqı artırılacaq? - AYNA-dan açıqlama
12:29 01.09.2025
Avtobuslarda gediş haqqı artırılacaq? - AYNA-dan açıqlama
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
12:27 01.09.2025
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır
12:23 01.09.2025
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır
Vüsalə Türkiyədə əməliyyat olundu - VİDEO
12:21 01.09.2025
Vüsalə Türkiyədə əməliyyat olundu - VİDEO
TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı oldu
12:11 01.09.2025
TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı oldu
"Hansı ölkəyə gedirsənsə, oranın qayda-qanunu ilə davranmağa məcbursan" - Nadir
11:54 01.09.2025
"Hansı ölkəyə gedirsənsə, oranın qayda-qanunu ilə davranmağa məcbursan" - Nadir