Azərbaycan hərbi parada necə hazırlaşır? – Ekspert rəyi

SİYASƏT
15:08 11.06.2013
5470

Xəbər verdiyimiz kimi, iyunun 26-da Bakıda keçiriləcək hərbi parada Azərbaycan Silahlı Qüvvələrinin son illərdə silahlanmaya qəbul etdiyi müasir pilotsuz uçuş aparatlarının (PUA) bir qisminin nümayişi planlaşdırılır.

Yerli müəssisələrdə istehsal olunmuş “Aerostar” tipli taktik, “Orbiter-2M” tipli mini PUA-larla yanaşı, İsraildən alınmış “Heron” və “Hermes” tipli PUA-lar da keçid edəcək.

Azərbaycanın İsraildən aldığı müasir pilotsuz uçuş aparatları da ilk dəfə bu paradda nümayiş olunacaq.

AZXEBER.COM paradla bağlı hərbi ekspert Emin Həsənlinin fikirlərini öyrənib.

E.Həsənlinin sözlərinə görə, bu parad sadəcə sərgi üçün deyil, həm də müharibəyə hazır olduğumuzun göstəricisi kimi dəyərləndirilməlidir.

“Bu parad ötən illə müqayisədə daha da möhtəşəm olacaq. Yeni hərbi texnikalar, silahlar nümayiş etdiriləcək. Artıq Azərbaycanın öz istehsalı olan yeni silahlar istehsal edilib və paradda onlar da nümayiş ediləcək. O ki, qaldı şəxsi heyyətin hazırlığına Azərbaycan ordusu həmişə mənəvi, psixoloji hazır vəziyyətdə olub. Bizi istəyən və istəməyən qüvvələr bilməlidirlər ki, ordumuzun maddi-texniki bazası güclənir. Müasir silahlarla təmin edilir”. Xatırladaq ki, Bakıda sonuncu hərbi parad 2011-ci il iyunun 26-da - Silahlı Qüvvələr Günü keçirilmişdi.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR