'Azərbaycan hökuməti saxlanılan şəxslərə hər cür qayğı göstərir' - Mədət Quliyev
MAQAZİN
12:15 19.03.2013
1295
Bu gün ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin ailə üzvləri ilə görüşüb.Tədbirdə çıxış edən M.Quliyev bildirib ki, görüş ədliyyə naziri Fikrət Məmmədovun göstərişi ilə keçirilir: “İlk dəfədir ki, bu cür tədbir keçiririk. Azərbaycan hökuməti saxlanılan şəxslərə hər cür qayğı göstərir. Bir neçə yeni Cəzaçəkmə Müəssisəsi tikilir ki, orada saxlanılan şəxslərin şəraiti daha da yaxşı olsun. Şəki şəhərində dünya standartlarına cavab verən yeni müəssisə tikilib, yaxın günlərdə istifadəyə veriləcək. Digər yerlərdə də işlər aparılır”.