'Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası' İctimai Birliyi təsis edildi

SOSİAL
14:20 08.06.2016
1438

7 iyun 2016-cı il traixində “Excelsior Hotel Baku” otelində baş tutmuş tanınmış şirkətlərin PR mütəxəssislərinin növbəti toplantısında “Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası” İctimai Birliyi təsis edildi.

Görüşdə “AtaHolding”, “Veysəloğlu”, “Excelsior Hotel Baku”, “Paşa Həyat Sığorta”, “Bakcell”, “ AtaBank”, “Caspian Development Bank”, “Hed Akademi” şirkətlərinin PR menecerləri və “Alibayov Kommunikasiya & Konsaltinq” şirkətinin rəhbəri iştirak edirdilər. Tədbirdə Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyasının (Azerbaijan Public Relations Association - APRA) təsis edilməsi ilə bağlı məsələlər və gələcəkdə assosiasiyanın qarşısında duran vəzifələr müzakirə olundu.

“Veysəloğlu” Holdinqin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, eyni zamanda APRA-nın sədri İlham Məmmədov bildirdi ki, yeni təsis edilən Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası (Azerbaijan Public Relations Association-APRA) Azərbaycanın PR sahəsinin inkişafına öz töhfəsini verəcək. Assosiasiyanın beynəlxalq PR assosiasiyalarına da üzv olacağını deyən İ.Məmmədov həmçinin bildirdi ki, təşkilatın yaradılmasında əsas məqsəd ölkədə İctimaiyyətlə Əlaqələr sahəsində tədrisin mükəmməlləşdirilməsi, kadr potensialının artımı üçün şəraitin yaradılması və bu sahəsnin hərtərəfli, keyfiyyət və kəmiyyət baxımdan inkişafına nail olmaqdır.

«AtaHolding” Korporativ Kommunikasiyalar Şöbəsinin rəisi Dilarə Zamanova qeyd etdi ki, PR-menecerləri, PR-agentliyi və biznesin PR-strukturunu peşəkar səviyyədə birləşdirə və fəaliyyətinin koordinatoru ola biləcək assosiasiyanın yaradılması zərurəti çoxdan yetişmişdi. Biz assosiasiyanın qarşıdakı fəaliyyətində uzun müddət ictimai əlaqələr sahəsində topladığımız bilik və təcrübəmizdən istifadə etməyi qərara aldıq.

Nəzərdə tutulmuşdur ki, assosiasiya PR tətbiqi sahəsində yüksək peşəkar və etik standartlara riayət edilməsinə kömək edəcək. İctimaiyyətlə əlaqələr üzrə yerli mütəxəssislərin keyfiyyətli artımı üçün şərait yaradacaqdır.

Assosiasiya üzvlərinin tədrisi məqsədilə onlar üçün müxtəlif kurslar, treninqlər, seminarlar, konfranslar təşkil ediləcək. Bundan başqa, müvafiq hökumət və qeyri-hökumət təşkilatları, dövri nəşrlər və elektron kütləvi informasiya vasitələri ilə münasibətlər qurulacaq, onlarla əməkdaşlıq və müştərək layihələrin həyata keçirilməsi baş tutacaq.

Şübhəsiz, Azərbaycan İctimai Əlaqələr Assosiasiyasının yaradılması və fəaliyyəti müasir cəmiyyətin mühüm və ayrılmaz hissəsinə – ölkəmizdə ictimaiyyətlə əlaqələrə xidmət edəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"