Azərbaycanın stolüstü tennisçisi Adil Əhmədzadə Portuqaliyada keçirilən "WTT Youth Contender Vila Real 2023” turnirində medal qazanıb.
Federasiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, qrup mərhələsində Portuqaliya və İspaniya təmsilçilərini üstələyən 14 yaşlı idmançı ardınca Polşa, Peru və Rumıniyadan olan rəqiblərinə qalib gələrək yarımfinala adlayıb.
Finalın bir addımlığında italiyalı rəqibinə uduzan Əhmədzadə bürünc mükafata layiq görülüb.