Azərbaycanı təmsil edəcək idmançı Patrik Braxnerin Cənubi Koreyanın Pyanqçanq şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında start xəttinə çıxacağı gün məlum olub.
"Ağ Olimpiada”da yeganə təmsilçimiz ilk cəhdini fevralın 18-də edəcək.
Həmin gün nəhəng salolom yarışları baş tutacaq. Milliləşdirilmiş avstriyalı slalom yarışlarında isə fevralın 22-də qüvvəsini sınayacaq. Hər iki halda idmançılar start xəttinə səhər saatlarında çıxacaqlar.
Xatırladaq ki, Patrik Braxner Azərbaycan millisinin heyətində Soçi-2014-də də yer alıb.