"Azərbaycan ilə İsrail arasında rəsmi əlaqələr də intensiv şəkildə inkişaf edir"

"Azərbaycan ilə İsrail arasında rəsmi əlaqələr də intensiv şəkildə inkişaf edir"
SİYASƏT
14:14 01.06.2023
250
Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrdən biri də İsrail dövlətidir.  

Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi-mədəni köklərə əsaslanır. Azərbaycan və İsrail xalqları daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdirə bilmişlər. Əsrlər boyudur ki, Azərbaycanda yaşayan yəhudi icması özünü bu xalqın, cəmiyyətin ayrılmaz tərkib hissəsi hesab edir, ölkə həyatının bütün sahələrində fəal iştirak edir. 

Azərbaycanın müstəqiliyini tanıyan ilk dövlətlərdən biri də məhz İsrail olmuşdur. Həmin dövrdən hər iki dövlət arasında siyasi, iqtisadi, hərbi-texniki, səhiyyə, mədəni və digər sahələrdə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. İki ölkə arasında həm də enerji, kənd təsərrüfatı, telekommunikasiya, kibertexnologiyalar və turizm sahələrində də əlaqələr genişlənib və inkişaf edib. Bu gün iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1,7 milyard dollardan çoxdur. Hazırda İsrailin neftə olan tələbatının xeyli hissəsini Azərbaycan təmin edir. Bütün bunlar onu deməyə əsas verir ki, İsrail ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlıq gələcəkdə də geniş müstəvidə davam edəcəkdir.

Azərbaycan Respublikası ilə İsrail arasında rəsmi əlaqələr də intensiv şəkildə inkişaf edir. Bildiyiniz kimi, mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Bu səfər iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsi genişlənməsi işlərində mühüm əhəmiyyət kəsb edir və digər sahələrdə də əməkdaşlığın genişlənməsinə təkan olacaqdır. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək və geniştərkibli görüşləri oldu. Görüşdə Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, siyasi, iqtisa-di, ticarət, o cümlədən energetika, səhiyyə, təhsil, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb, iki dövlət arasında bir sıra sənədlər imzalandı. Prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Qeyd edilib ki, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. 

Xüsusi olaraq qeyd eilib ki, Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. Hər zaman olduğu kimi İkinci Qarabağ müharibəsi ərəfəsində də İsrail Azərbaycanın yanında olmuş, hərbi sahədə dəstəyi ilə yanaşı, beynəlxalq arenada da ölkəmizə siyasi dəstək vermişdir. 

Bu gün Azərbaycan və İsrail arasında çox fəal siyasi dialoq və etibarlı əməkdaşlıq əlaqələri vardır. Bu ilin 29 mart tarixində İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirildi. Əminliklə deyə bilərik ki, səfirliyin açılışından sonra mü¬nasibətlər bundan sonra daha da dərinləşəcək eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaqdır.

Aslan Mehdiyev, Binəqədi RİH yanında İctimai Şuranın sədri 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib
22:35 10.03.2026
Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib