Azərbaycan ilə Ukrayna arasında əməkdaşlıq məsələləri müzakirə edildi

SİYASƏT
01:03 01.11.2013
1065

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın xarici işlər nazirinin birinci müavini Ruslan Demçenko ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənGün.Az-a verilən məlumata görə, Ruslan Demçenko Azərbaycanda keçirilmiş prezident seçkiləri və hökumətin yeni tərkibinin formalaşdırılması münasibətilə səmimi təbriklərini çatdırıb. O, Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini bildirib. III Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından məmnunluğunu bildirən Ruslan Demçenko yüksək səviyyədə təşkil edilmiş bu tədbirdə Ukraynanın geniştərkibli nümayəndə heyəti ilə təmsil olunduğunu vurğulayıb. E.Məmmədyarov Azərbaycan ilə Ukrayna arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafı üçün qarşılıqlı möhkəm siyasi iradənin və geniş potensialın olduğunu qeyd etmiş, rəsmi Kiyevin ATƏT-in fəaliyyətdə olan sədri statusunda fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib. Görüşdə hökumətlərarası birgə komissiyanın qarşıdan gələn iclası, Xarici İşlər nazirlikləri arasında məsləhətləşmə mexanizminin gücləndirilməsi və qarşılıqlı səfərlərin təşkil edilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.

OXŞAR XƏBƏRLƏR