Azərbaycan ilk dəfə “Miss Univers” Beynəlxalq müsabiqəsində iştirak edir

MƏDƏNİYYƏT
10:00 17.10.2013
1272

“Miss Univers” - Aras və Emin Ağalarovların (Crocus Group) son illər ərzindəki ən böyük layihələrindəndir.

60 illik tarixində ilk dəfə olaraq dünyada ən möhtəşəm gözəllik müsabiqəsi cari il noyabrın əvvəlində (5 noyabr - yarımfinal, 9 - final) Rusiyada Crocus City Hall səhnəsində keçirilir.AZXEBER.COM xəbər verir ki, “Miss Univers” müsabiqəsində dünyanın 87 ölkəsindən qızlar iştirak edir. Rusiyanı "Miss Russia-2013" - Elmira Abdrazakova, Azərbaycanı isə "Miss Azerbaijan-2012" - Aysel Manafova təmsil edir.Promo-aksiyalar oktyabrın 25-də başladığından müsabiqə iştirakçılari Moskvaya 3 həftə əvvəl yığışırlar. Bizim iştirakçımız oktyabrın 22-də yola düşür.Oktyabrın 17-də, Jazz Mərkəzində press-konfrans keçiriləcək.“Miss Univers Azerbaijan-2013” müsabiqəsinin təşkilatçıları və Aysel Manafova bütün KİV nümayəndələrini dəvət edir. Mətbuat konfransı saat 16:00 başlayır.

OXŞAR XƏBƏRLƏR