Azərbaycan ilk rabitə peykinin istismarından gəlir götürməyə başladı

İQTİSADİYYAT
16:00 03.06.2013
1906
Economics. Azərbaycan «Azerspace-1» milli süni rabitə peykinin telekommunikasiya imkanlarının 40%-ni artıq xarici ölkələrə icarəyə verib.Bu barədə açıqlamasında «Azərkosmos» ASC-nin sədri Rəşad Nəbiyev bildirib.Onun sözlərinə görə, artıq peykin telekommunikasiya imkanlarının 40%-i Afrika ölkələri tərəfindən istismar olunur: «Buna görə artıq 5 mln. dollarlıq ilkin gəlir də daxil olub».

R.Nəbiyev bildirib ki, peykin imkanlarının cəmi 20%-i Azərbaycanın ehtiyaclarını ödəməyə kifayət edir, imkanların qalan 80%-i isə digər istifadəçilərin istifadəsinə veriləcək.//APA

OXŞAR XƏBƏRLƏR