Azərbaycan iqtisadiyyatı 1,7% kiçilib

Azərbaycan iqtisadiyyatı 1,7% kiçilib
İQTİSADİYYAT
14:37 10.06.2020
1193

Bu ilin yanvar-may aylarında Azərbaycanda 27 479,9 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

AZXEBER.COM Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7% azdır.

 

Son 1 ildə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 2,5% azalaraq 2 259,9 manat olub.

5 aylıq ÜDM-in 18 227,5 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunda formalaşıb. Bu, 1 il əvvələ nisbətən 2,1% azdır. 

OXŞAR XƏBƏRLƏR