Azərbaycan-İran anlaşması - Uduzan kimdir?

Azərbaycan-İran anlaşması - Uduzan kimdir?
SİYASƏT
11:48 15.03.2022
456
Bakı və Tehran arasında imzalanan memorandumla bağlı müxtəlif fikirlər səsləndilir. Anlaşmanın müsbət istiqamətdə şərhi daha çox reallığı özündə əks etdirir. Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılmasını nəzərdə tutan bu anlaşma ilə bağlı səsləndirilən tənqidi fikirlər isə tarixi, elmi və strateji baxımdan cəlbedici görünmür.

Söhbət nədən gedir?

Əvvəla, 2020-ci il 10 noyabr razılaşmasına əsasən, Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə öhdəlik kimi qoyulub. Bu gün İran ərazisindən keçməklə, alternativ dəhlizin açılması isə Ermənistanı Zəngəzur dəhlizi ilə bağlı öz üzərinə götürdüyü öhdəliyin məsuliyyətindən azad etmir. Zəngəzur dəhlizinin açılması hansısa ərazi məsələsini yox, Ermənistan ərazisindən keçən yol-nəqliyyat dəhlizini özündə ehtiva edir. 10 noyabr razılaşmasına əsasən, sərhədlərin demarkasiya və delimitasiya prosesi də gecikməkdədir. Ancaq proseslərin təhlili göstərir ki, razılaşmanın bəndlərinin icrasının Ermənistan tərəfindən məqsədli şəkildə yubanması İrəvanın özünün gələcəyini ciddi sual altına qoyur.

Qısa Haşiyə: Hələ ötən il - 2021-ci ilin iyul ayında Prezidentin fərmanı ilə Şərqi Zəngəzur istisadi rayonu yaradılıb. Bu amil göstərir ki, İlham Əliyev atdığı addımların bütün perspektivlərini, alternativlərini və strateji tərəflərini hesablayır.

Meorandumun tarixi əhəmiyyəti...

İlham Əliyev 100 il əvvəlki tarixi gerçəkliyi necə dəyişdi?

Təxminən 100 il öncə Rusiya Azərbaycanın imkanları hesabına Ermənistanı xilas edərək özünə "oyuncaq dövlət” qura bilmişdi. 1918-ci ildə bizim tarixi torpağımızda özünə müstəqil dövlət qurduğunu elan edən ermənilər qısa müddət sonra Bakının hesabına özlərinə mühüm sosial-iqtisadi yaşam şərtlərini də yaratmalı oldular. Həmin vaxt Rusiya ilə imzalanan ticarət müqavilələrindən də ən çox faydalanan elə ermənilər idi. Ermənilər Azərbaycanın iqtisadi bazarda yaratdığı güzəştli şərtlərdən və Azərbaycan-Gürcüstan-Rusiya arasındakı iqtsiadi əlaqələrdən nəfəslik kimi istifadə edirdilər. Onlar xüsusilə kerosin, mazut sahəsinə, eləcə də əvvəllər ixracı qadağan olunan, daha sonra isə ixracına icazə verilən Azərbaycan məhsullarının xarici bazardakı (xüsusilə, Rusiyada yaşayan ermənilər) satışından ciddi mənfəət əldə edirdilər.

İndi Ermənistan 100 il sonra Azərbaycanın yaratdığı imkanlardan yararlanmaq istəmir. Amma ona görə yox ki, alternativ planları var. Prosesləri məqsədli şəkildə gecikdirməklə özünün "ehtiyac limiti”ni arıtmağa çalışsa da, bu, əks effekt verdi. Azərbaycan dəhliz əldə etdi.

Bu, Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın sarsıdıcı sanksiyalar məruz qalması Ermənistanın gələcəyinin hansı imkanlar hesabına qurulacağı ilə bağlı digər ehtimalları da dərin şübhələr altına qoyur.

Biz istəyirik ki, Ermənistan sülh müqaviləsinə imza ataraq öz üzərinə öhdəliklər götürsün, Qarabağa olan iddiasından birdəfəlik əl çəksin, ərazi bütövlüyümüzü rəsmən tanısın, dəhliz açılsın və regional layihələrdən faydalana bilsin. 30 il ərzində Azərbaycanın torpaqlarını işğal altında saxladığına görə, Ermənistan problemlər məgənəsində boğulmalı oldu. İndi Ermənistan daha bir irtica siyasət - "nasist imtina mədəniyyəti” ortaya qoyur.

Yəni razılaşmanın bəndlərini icra etməkdən və sülh müqaviləsini imzalamaqdan yayınmaqla, növbəti mərhələdə özünü regional layihələrdən, gəlirlərdən kənarda qoyur. Əslində bu hal bizi qane edirmi? Edir! Dəhliz açılsa, Ermənistan bundan faydalanıb güclənəcəkmi? Heç şübhəsiz! Ermənistanın güclənməsi bizim ziyanımızadırmı? Bəli! Əslində bizə dəhliz lazım idi, onu da əldə etdik.

Ən əsası, İran-Azərbaycan memorandumu Tehranı İrəvandan tamamilə itələyəcək. Halbuki Bakı-Tehran münasibətlərinin pisləşməsi həmişə İrəvanın əsas hədəflərindən olub.

Bu günkü şərtlər, baş verən hadisələr və Bakının atdığı addımlar Azərbaycanın strateji maraqlarına tam cavab verir və bu, Prezident Əliyevin tarixi gerçəklikləri dərindən bilməsinin, ölkənin gələcək inkişaf strategiyasını tarixi, elmi və qlobal əsasda qurduğunun bariz nümunələrindən biridir.

İran-Azərbaycan arasındakı yeni anlaşma ilə:

- Azərbaycanın yeni qlobal münasibətlər sisteminə daha bir iqtisadi layihə (dəhliz) ilə daxil olur. Deməli, böyük imkanlar hələ qarşıdadır.

- Azərbaycan Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanır

- Tehran İrəvandan qopur

- Azərbaycanın əsas hissəsinin Naxçıvanla yeni inteqrasiyası təmin edilir

- Naxçıvan blokadan çıxır

- Ermənistan növbəti dəfə regional layihələrdən kənarda qalır. Bu, Ermənistanda dərin sosial problemlərin yaranmasının yeni mərhələsini başladacaq. İrəvanın zəif olması bizim strateji tələblərimizə cavab verir. Belə olacağı təqdirdə İrəvanı sülhə məcbur etmək də asanlaşacaq.

- İki qitə - Asiya ilə Avropa arasında daha əhəmiyyətli daşınma dəhlizi yaranır. Bu, Azərbaycanın strateji əhəmiyyətini daha da artırır və sə.

Samir Feyruzov
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir: Rusiya Kiyev üçün kritik əhəmiyyətli enerji obyektinə zərbə vurub, paytaxt işıqsız qalıb
22:09 08.10.2026
Nazir: Rusiya Kiyev üçün kritik əhəmiyyətli enerji obyektinə zərbə vurub, paytaxt işıqsız qalıb
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
22:01 08.10.2026
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
Ermənistan və İran XİN rəhbərləri ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər
21:56 08.10.2026
Ermənistan və İran XİN rəhbərləri ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər
Hakan Fidandan Məkkə müqaviləsi ilə bağlı mühüm açıqlama
21:51 08.10.2026
Hakan Fidandan Məkkə müqaviləsi ilə bağlı mühüm açıqlama
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş
21:44 08.10.2026
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş
ABŞ-də Maduro və həyat yoldaşına müxalifətçilərə işgəncə verilməsilə bağlı yeni ittihamlar irəli sürülüb
21:38 08.10.2026
ABŞ-də Maduro və həyat yoldaşına müxalifətçilərə işgəncə verilməsilə bağlı yeni ittihamlar irəli sürülüb
Göygöldə 48 yaşlı kişinin meyiti tapıldı
21:33 08.10.2026
Göygöldə 48 yaşlı kişinin meyiti tapıldı
XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı məlumat yayıb
21:29 08.10.2026
XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı məlumat yayıb
Binəli Yıldırım: Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir
21:23 08.10.2026
Binəli Yıldırım: Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
21:15 08.10.2026
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
21:12 08.10.2026
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
İngiltərə də Rusiyaya yeni sanksiya tətbiq etdi
21:07 08.10.2026
İngiltərə də Rusiyaya yeni sanksiya tətbiq etdi
Tramp: ABŞ ölkədəki aralıq seçkilərə qədər İrana zərbələr endirməyəcək
21:02 08.10.2026
Tramp: ABŞ ölkədəki aralıq seçkilərə qədər İrana zərbələr endirməyəcək
Rubio: İran bir neçə həftə ərzində iqtisadi fəlakətlə üzləşəcək
20:56 08.10.2026
Rubio: İran bir neçə həftə ərzində iqtisadi fəlakətlə üzləşəcək
Avropa Komissiyası vəba ilə bağlı Rusiyadan hesabat tələb edib
20:51 08.10.2026
Avropa Komissiyası vəba ilə bağlı Rusiyadan hesabat tələb edib
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib
20:46 08.10.2026
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib