Azərbaycan-İran sərhədində insident - bir nəfər öldürüldü

SİYASƏT
10:17 30.06.2020
1372
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Bu tədbirlər nəticəsində 2020-ci ilin 29 iyun tarixində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilmə­sinin qarşısı alınıb. 

Dövlət Sərhəd Xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə, həmin gün saat 23:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Beyləqan ra­yonunun Aşağı Çə­mənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbay­can Respublikası isti­qa­mətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olun­ub. Sərhəd pozucularının silahlı olmaları, üzərilə­rində 2 ədəd kisədə yük olması müşahidə edilib. 

Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək havaya xə­bər­­darlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həya­tına qəsd ediblər. 

Sərhəd naryadı tərəfindən "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin sıx meşəlik, hava şərai­tinin qa­ranlıq olmasından istifadə edərək geri qaçıb.

Əraziyə baxış zaman 1 ədəd lüləsi kəsilmiş tüfəng, 2 ədəd kisədə təxmini çəkisi 33 kq olan narkotikə bənzər maddə aşkar edilib. 

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib. 

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sər­həd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:07 13.07.2020

Elmar Məmmədyarov Lavrovla telefonla danışdı

15:03 13.07.2020

Müdafiə Nazirliyi rəsmisi: “Ermənistan öz itkilərini gizlətməyə cəhd göstərir”

14:47 13.07.2020

Biznes və marketinq rəhbərləri üçün qlobal şirkətlərdən pulsuz təlim

14:44 13.07.2020

Bakıda kiçik toy məclisi təşkil edən şəxslər cəzalandırıldı

14:31 13.07.2020

Şəhid atasının yanında şəkil çəkdirən jurnalistdən - AÇIQLAMA

14:18 13.07.2020

Gənc deputat şəhid valideynlərə səsləndi: “Mən də sizin övladınızam”

14:13 13.07.2020

“Ağlınızı başına yığın, Azərbaycanın yanındayıq” - VİDEO

14:04 13.07.2020

Prezident: "Düşmənə yenidən öz yerini göstərəcəyik"

13:49 13.07.2020

Dövlət başçısı: "Sərhəddə gərgin vəziyyət davam edir"

13:39 13.07.2020

Prezident: "Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyib"

13:34 13.07.2020

"Bu səhər düşmənə sarsıdıcı zərbələr endirilib, ərazi itkisi yoxdur" - Müdafiə Nazirliyi

13:28 13.07.2020

Azərbaycan Prezidenti: “Hərbiçilərimizin qisası alınıb”

13:26 13.07.2020

KTMT baş katibi cəbhədəki vəziyyətlə bağlı təcili iclas çağırdı

13:16 13.07.2020

Prezident İlham Əliyev çıxış edir - VİDEO

13:12 13.07.2020

Elmar Məmmədyarov: Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndiririk

13:03 13.07.2020

"Çoxlu sayda gənc döyüşə getmək üçün müraciət edib" - RƏSMİ