Azərbaycan İslamiadada növbəti medalı təmin etdi

Azərbaycan İslamiadada növbəti medalı təmin etdi
İDMAN
14:57 09.08.2022
186
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalını təmin edib.

58 kq çəki dərəcəsində çıxış edən Həşim Məhəmmədov rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib.

Məhəmmədov yarımfinala vəsiqə qazandığı üçün ən azı bürünc medalı qazanmış sayılır.

Qeyd edək ki, Səyyad Dadaşov (54 kq) 1/4 finalda, qadın taekvondoçulardan Səidə Əliyeva (57 kq) və Röya Hacıyeva (53 kq) isə 1/8 finalda mübarizəni dayandırıblar.
 

OXŞAR XƏBƏRLƏR