“Azərbaycan İsrailin etibarlı tərəfdaşıdır” - Aviqdor Liberman

“Azərbaycan İsrailin etibarlı tərəfdaşıdır” - Aviqdor Liberman
SİYASƏT
23:20 06.10.2020
1288
İsrailin sabiq Müdafiə naziri, politoloq Aviqdor Liberman ITON TV-nin efirində Azərbaycan-İsrail münasibətlərindən danışıb.
 
AZXEBER.COM xəbər verir ki, Liberman Azərbaycanı İsrailin etibarlı tərəfdaşı adlandırıb:

"Son 25 ildə Azərbaycan həm beynəlxalq arenada, həm də ikitərəfli əlaqələrdə İsrailin etibarlı tərəfdaşı olduğunu göstərdi. Tarixi nöqteyi-nəzərdən də Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında antisemitizmin tamamilə mövcud olmadığı, yəhudilərin özlərini tam hüquqlu hiss etdikləri respublikalardan biridir. Bəlkə də, yeganə respublikadır”.
OXŞAR XƏBƏRLƏR