Azərbaycan karateçisi İrina Zaretska Dubayda keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Karateçimiz 68 kiloqram çəki dərəcəsində finalda italiyalı Silvia Semerarodan güclü olub.
Qeyd edək ki, İ.Zaretska 2018-ci ildə Madriddə təşkil olunan dünya çempionatında da qızıl medalın sahibi olub.
Kişilərdən ibarət yığmamızın üzvü Asiman Qurbanlı isə Dünya çempionatının bürünc medalına yiyələnib. O, Çilidən olan rəqibinə 5:2 hesabı ilə qalib gəlib.