İranla sərhədin açılmasını tələb edən İraq rəsmisi həbs edildi

İranla sərhədin açılmasını tələb edən İraq rəsmisi həbs edildi
DÜNYA
05:06 27.10.2026
161
İraqın Meysan bölgəsinin Əyalət Şurasının sədri Mustafa Dəir Əbdülhəsən həbs olunub.

Qərar onun İranla sərhəd-keçid məntəqəsi açılmayacağı təqdirdə itaətsizliyə çağırmaq və yolları bağlamaqla hədələməsi səbəbindən verilib.

İraq Baş nazir Administrasiyası bu təhdidlərə görə Meysan Əyalət Şurasının sədrindən şikayət etmişdi.

Əbdülhəsən İranla Əl-Şeyb sərhəd-keçid məntəqəsi açılmayacağı təqdirdə bütün yolları bağlayacağı ilə hədələmişdi.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR