Azərbaycan klubları cəzalandırıldı

İDMAN
16:14 11.12.2012
1259
AFFA İntizam Komitəsi Topaz Premyer Liqasının XVI turundan sonra bir sıra klubları və futbolçuları cəzalandırıb.AZXEBER.COM-un affa.az saytına istinadən verdiyi xəbərə görə, “Sumqayıt” - “Qəbələ” oyununda Aleksandr Çertoqanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb və bir oyunluq cəza alıb. “Qəbələ” klubu isə buna görə 200 manat cərimələnib.“Simurq” “Xəzər Lənkəran” oyununda Zaqatala klubunun 5 oyunçusu sarı vərəqə aldığına görə klub 1000 manat cərimə edilib.Həmçinin oyun zamanı “Simurq”un azərkeşləri stadiona kənar əşyalar atdıqları üçün klub əlavə olaraq 2000 manat da cərimə ödəməli olacaq .

OXŞAR XƏBƏRLƏR