Azərbaycan klubu Argentina yığmasının oyunçusunu transfer etdi
İDMAN
04:11 13.02.2012
1666
Bakının “İqtisadçı” voleybol klubu daha bir transfer rəsmiləşdirib. Argentinalı Georgina Pinedo bundan sonra paytaxt təmsilçisinin şərəfini qoruyacaq. 179 sm boya malik cənubi amerikalı artıq “İqtisadçı”ya transfer olunub. 2000-ci ildən Argentina milli komandasının formasını geyən voleybolçu 3,13 metrdən zərbə vurmağı və 2,98 metrdə blok qurmağı bacarır. 31 yaşlı Pinedonun son klubu Cənubi Koreyada “Korrea Ekspessivey” olub.