Azərbaycan klubu ''Barcelona''ya qarşı

İDMAN
07:56 11.10.2012
1182

Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunda növbəti oyunlar keçiriləcək.

AZXEBER.COM-un məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan "Araz" klubu bu gün ikinci matçına çıxacaq.

İlk görüşündə meydan sahibləri "Litija" (Sloveniya) klubuna 3:5 hesabı ilə uduzan Joze Alesio da Silvanın komandası bu dəfə daha güclü rəqiblə "Barselona" ilə qarşılaşacaq. Qrupun digər matçında "Litaja" "MNK Split" klubunu sınağa çəkəcək.

Qeyd edək ki, növbəti mərhələyə yalnız qrup qalibləri vəsiqə qazanacaq.

11 oktyabr

21:00. "Araz" (Azərbaycan) - "Barselona" (İspaniya)

23:30. “Litija” (Sloveniya) - "MNK Split" (Xorvatiya)

OXŞAR XƏBƏRLƏR