Azərbaycan klubu futbolçunu cəzalandırdı

İDMAN
20:38 24.10.2011
1425
“Neftçi” klubu öz futbolçusunu cəzalandırıb. AZXEBER.COM-un “Neftçi” klubunun saytına istinadən verdiyi məlumata görə, Elmar Baxşıyev məşqçilər korpusunun qərarı ilə flaqmanın "Kəpəz" klubu ilə qarşılaşmasından öncə oyun praktikasının artırılması üçün əvəzedici heyətə göndərilib. Ancaq Elmar Baxşiyev əvəzedici heyətdə məşq prosesi keçməkdən və oynamaqdan imtina etdiyinə görə, klubun daxili intizam kodeksinə əsasən cəzalandırılıb.

OXŞAR XƏBƏRLƏR