Azərbaycan klubu yeni transferini açıqlayıb

Azərbaycan klubu yeni transferini açıqlayıb
İDMAN
12:35 13.09.2025
162
Azərbaycan Basketbol Liqasında çıxış edən "Quba" klubu yeni oyunçu ilə anlaşıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"a bölgə təmsilçisindən məlumat verilib. 

ABŞ-dən olan Kristian Kuns heyətə cəlb olunub. 

O, daha əvvəl ölkəsində "Bransuik Komuniti Kolleci", "Çovan Universiteti", "Georgia Southvestern Universiteti" və "Bemidji Dövlət Universiteti"ndə oynayıb.
OXŞAR XƏBƏRLƏR