Azərbaycan klubundan şok açıqlama: “Qumar oynamasından şübhələnirik!”

Azərbaycan klubundan şok açıqlama: “Qumar oynamasından şübhələnirik!”
İDMAN
12:16 01.11.2023
545
Azərbaycan futbolunda növbəti qalmaqal baş verib.

Hadisə II Liqanın "Göygöl - "Şəki Siti” qarşılaşmasında (1:2) yaşanıb.

Belə ki, Göygöldə keçirilən matç axıra çatdırılmayıb. Rövşən Rəcəbovun başçılıq etdiyi hakimlər briqadası 83-cü dəqiqədə oyunu dayandırıb.

Buna səbəb ev sahibi olan komandanın onların qərarına sərt və davamlı etirazıdır. Belə ki, göygöllülərin 3 futbolçusu ikinci hissədə qırmızı vərəqə alıb.

Həmçinin baş məşqçi Araz Mansurov texniki zonadan uzaqlaşdırılıb. Narazılığı bitməyən qərb təmsilçisinin oyunçuları "fit sahibləri”nə təzyiq göstəriblər.

Döyüləcəklərindən qorxan "ədalət təmsilçiləri” final fitini səsləndirmədən hakimlər otağının yolunu tutub.

"Göygöl” hadisə ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

"Oktyabrın 31-də "Göygöl” FK və "Şəki Siti” FK arasında II Liqanın IX turu çərçivəsində keçirilən oyunda xoşagəlməz hadisələr yaşanıb və klubumuz bundan zərər çəkib.

Buna etiraz etdiyimizi bəyan edir, baş verənlərin araşdırılaraq doğru qərarlar veriləcəyinə inamımızı bildiririk.

Qarşılaşmanın 80-ci dəqiqəsində hakimin ədalətsiz qərarına etiraz edən futbolçumuz Vüqar Əşrəfliyə qırmızı vərəqə verilib.

O, meydançanı tərk edərkən hakim Rövşən Rəcəbov onu təhqir edib, idmançının şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək onu konfliktə təhrik edib.

Bundan sonra tərəflər arasında mübahisə başlayıb. Ardından hakim Rövşən Rəcəbov oyun zamanı asayişdən məsul olan polis əməkdaşlarının təhlükəsizliyi təmin edə bilməməsini iddia edərək oyunu yarımçıq saxlayıb.

Ədalət təmsilçisinin qeyri-adekvat hərəkətləri, oyunu yanlış idarə etməsi, daha doğrusu, idarə edə bilməməsi, kobud səhvlərə yol verməsi, öz səriştəsizliyi səbəbindən oyunu yarıda buraxmasını nəzərə alaraq, bu şəxsin cəzalanması və matçın yenidən təşkil olunmasının vacibliyini qeyd edir, bununla bağlı açıq ictimai müraciətimizi bildiririk. Məsələ ilə bağlı AFFA-ya rəsmi yazılı müraciət də ediləcək.

Onu da qeyd edək ki, oyunun əvvəlki dəqiqələrində də hakimin qərəzli qərarlar verməsinin şahidi olurduq.

Onun matçda sarı və qırmızı vərəqələrdən yanlış və qərəzli şəkildə istifadəsindən və vəzifə səlahiyyətlərindən istifadə edərək, Azərbaycan Respublikasının sərhədləri çərçivəsində qadağan edilən mərc platformaları ilə əməkdaşlıq çərçivəsində qeyri-qanuni gəlir əldə etməsindən də şübhələnirik.

Son dövrlərdə Azərbaycan futbolunda aparılan islahatlara kölgə salan belə halların yolverilməz olduğunu, məsələnin AFFA İntizam Komitəsi tərəfindən nəzarətə götürülməsini xahiş edir, ədalətli qərar verəcəyinə inamımızı bildiririk.

"Göygöl” Futbol Klubu daim ədalət tərəfdarı olub, atdığı bütün addımlar zamanı ilk öncə dürüstlük, idman prinsipləri, layiqli oyun nümayiş etdirilməsini istəyib.

Futbolçularımızın bundan öncəki matçlarda da qırmızı vərəqələr aldığı məqamlar olub, bunu təbii qiymətləndirərək heç bir etiraz etməmişik.

Lakin qərəzli halların ardıcıl baş verməsinin üzücü bir tendensiyaya çevrilməsi bizi narahat edir. Məsələ ilə bağlı videofaktlar klubumuz tərəfindən aidiyyəti üzrə təqdim etmək üçün hazırdır.

Sonda heç bir zaman adı qalmaqallarda, hakimlər və ya rəqiblərlə problemlərdə hallanmayan klubumuzun öz şərəfli yolunu əvvəlki kimi davam etdirəcəyini bir daha bildiririk”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“İşgüzar Axşam Ziyafəti və B2B Görüş” təşkil olundu - FOTOLAR
13:20 24.11.2026
“İşgüzar Axşam Ziyafəti və B2B Görüş” təşkil olundu - FOTOLAR
Top ardınca qaçan uşağı maşın vurub öldürdü - VİDEO
12:58 24.11.2026
Top ardınca qaçan uşağı maşın vurub öldürdü - VİDEO
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
12:43 24.11.2026
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Maşını olanlara XƏBƏRDARLIQ – Bunları mütləq edin!
12:32 24.11.2026
Maşını olanlara XƏBƏRDARLIQ – Bunları mütləq edin!
Azərbaycan Haaqa Konvensiyasına qoşulacaq
12:24 24.11.2026
Azərbaycan Haaqa Konvensiyasına qoşulacaq
Şimşək çaxacaq, yağış yağacaq - Bu tarixdə
12:21 24.11.2026
Şimşək çaxacaq, yağış yağacaq - Bu tarixdə
Qubada 3-cü sinif şagirdi vəfat etdi - FOTO
12:13 24.11.2026
Qubada 3-cü sinif şagirdi vəfat etdi - FOTO
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
12:07 24.11.2026
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
“Paşinyan başa düşür ki, Ermənistanın xilası Azərbaycanla sülhdən keçir” - AÇIQLAMA
12:05 24.11.2026
“Paşinyan başa düşür ki, Ermənistanın xilası Azərbaycanla sülhdən keçir” - AÇIQLAMA
Gündüz İsmayılov: Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var
11:45 24.11.2026
Gündüz İsmayılov: Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib - FOTOLAR
11:42 24.11.2026
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib - FOTOLAR
Prezidentdən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət
11:37 24.11.2026
Prezidentdən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət
Ürək xəstəlikləri niyə cavanlaşır? – Həkimdən qəfil ölümlərlə bağlı açıqlama
11:17 24.11.2026
Ürək xəstəlikləri niyə cavanlaşır? – Həkimdən qəfil ölümlərlə bağlı açıqlama
DSX-nin əsgəri xəstəlikdən vəfat etdi
10:57 24.11.2026
DSX-nin əsgəri xəstəlikdən vəfat etdi
Kəlbəcərin azad edilməsindən 6 il ötür: Dağıntılardan dirçəlişə uzanan yol
10:52 24.11.2026
Kəlbəcərin azad edilməsindən 6 il ötür: Dağıntılardan dirçəlişə uzanan yol
"Azərbaycanda bəzi ailələr qızların deyil, oğlanların təhsilinə üstünlük verir" – Hicran Hüseynova
10:49 24.11.2026
"Azərbaycanda bəzi ailələr qızların deyil, oğlanların təhsilinə üstünlük verir" – Hicran Hüseynova