Azərbaycan klubunun basketbolçusu narkotik maddə satdığı üçün həbs olundu

TOP4
10:07 15.05.2020
695
Azərbaycanın "Sərkərdə" klubunun basketbolçusu Nikolae Kojuharu İrlandiyanın Offali şəhərində saxlanılıb. 

AZXEBER.COM "Report"a nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı oyunçu 100 min avroluq narkotik bitki olan kannabis satmaqda və yetişdirməkdə ittiham olunur. 

Onunla birlikdə daha iki nəfər tutulub. 

Kojuharunun girov qarşılığında azadlığa buraxılması barədə vəkili tərəfindən qaldırılan iddia qəbul edilməyib. Onlar məhkəmənin hökmü ilə mayın 13-də həbs olunublar. Növbəti məhkəmə prosesi mayın 20-də olacaq.

OXŞAR XƏBƏRLƏR