Bu haqda birliyin prezidenti İmaməddin Quliyev məlumat verib: “Gənclər Fəaliyyətdə” beynəlxalq proqramının imkanlarından istifadə edərək Azərbaycan gənclərinin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsini həyata keçirəcəyik. Bu layihə ali təhsil müəssisələrində təhsil alan gənclər və regionda yaşayan gənclər üçün əhəmiyyətlidir. QHT - lər üçün Avropa Komissiyasının “Youth in Action” (Gənclər Fəaliyyətdə) proqramının mahiyyəti, iş prinsipi proqramla işləmək bacarıqları gənclərə aşılanacaq. Bundan başqa bu proqramın fəaliyyət istiqamətlərinə dair təlim kursunun keçiriləcək. Layihəmizi qəbul etdiyinə görə Gənclər Fonduna təşəkkür edirik”.