İtaliyanın Salerno şəhərində keçirilən Avropa Universitet Oyunlarında Azərbaycanı təmsil edən futzal komandası uğurlu nəticə göstərib.
AZXEBER.COM xəbər verir ki, 15–25 iyul tarixlərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan universiadada ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunur.
Futzal yarışlarında Azərbaycan İdman Akademiyasının komandası dörddəbir final mərhələsində Portuqaliya komandasını 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının komandasının Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə təmin olunub.
Azərbaycan komandasına yarımfinal görüşündə uğurlar arzulayırıq.











































