Azərbaycan komandası pley-offa vəsiqə qazandı

Azərbaycan komandası pley-offa vəsiqə qazandı
İDMAN
20:11 14.07.2021
1185
Beynəlxalq "Pro Club”un təşkilatçılığıyla keçirilən kiberidman üzrə "Euro Cup 2021” (Avropa Kuboku 2021) turnirində qrup mərhələsinə yekun vurulub. Azərbaycan komandasının da iştirak etdiyi yarışda pley-offa vəsiqə qazanan ölkələrin adları məlumdur.

Ölkəmizi təmsil edən FİFA oyunçularımız son turlarda Gürcüstan komandasıyla keçirdiyi hər iki oyunu heç-heçə ilə başa çatdırıb. Yekun nəticədə aktivində 1 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət olan təmsilçimiz 6 xalla adını ən yaxşı 16 komanda sırasına yazdırmağı bacarıb.

"Euro Cup 2021”də 18 final mərhələsinin püşkatma mərasimi iyulun 15-i baş tutacaq.  
OXŞAR XƏBƏRLƏR