Azərbaycan komandasını yunan çalışdıracaq

İDMAN
08:15 06.11.2012
1225
“Lokomotiv Biləcəri” voleybol klubunun baş məşqçisi postunda dəyişiklik edilib.AZXEBER.COM-un məlumatına görə, “Lokomotiv”ə yeni çalışdırıcı Cuzeppe Kuçarininin gəlişindən sonra “Lokomotiv Biləcəri” də özünə yeni mütəxəssis tapıb.Belə ki, ötən mövsümün autsayderini misirəsilli yunanıstanlı Con Nikolakis çalışdıracaq. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. Uzun illər “Panatinaikos” və “Olimpiakos” kimi məşhur klubların qadın və kişilərdən ibarət komandasını çalışdıran Nikolakis Yunanıstanda çempionatla kuboku ən çox qazanan məşqçidir.O, bu ölkənin klubları ilə avrokubokda və Yunanıstanın milli komandasındakı uğurları ilə dünyada yaxşı tanınır. Nikolakis noyabrın 7-də “Azərreyl”lə debüt etməklə adını Super Liqa tarixinə yazdıracaq.O, çempionatımızda işləyəcək ilk yunanıstanlı olacaq. Yeni çalışdırıcı bu matçda ilk 2 turda qələbə qazana bilməyən komandası ilə qələbə qazanarsa yenə klubda siftəyə imza atacaq. Çünki 2011-ci ildən yaradılan “Lokomotiv Biləcəri” hələ qalib gəlmək nə olduğunu bilmir. Bu azmış kimi, biləcərililər hələ 1 görüşdə 2 set belə qazanmayıblar.Yeri gəlmişkən, ötən il “Lokomotiv Biləcəri”ni ukraynalı Yuri Fomenko çalışdırsa da, yeni mövsümdən bu vəzifə Eldar Əliyevə həvalə olunmuşdu. Lakin həmyerlimiz baş məşqçiliyi müvəqqəti icra edirdi. Çünki Əliyev eyni zamanda “Lokomotiv”də köməkçi məşqçi işləyir. “Apasport”a açıqlamasında da bunu təsdiqləyən Əliyev bildirib ki, artıq əsas komanda ilə çalışacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:48 12.02.2025

Britaniya Ukraynaya 150 milyon funt-sterlinqlik hərbi yardım ayıracaq

20:37 12.02.2025

HƏMAS nümayəndə heyəti atəşkəs razılaşmasını müzakirə etmək üçün Qahirəyə gedib

20:24 12.02.2025

Böyük Britaniya fələstinli ailəyə Ukrayna sxemi üzrə sığınacaq verib

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb