Azərbaycan komandasının gənc idmançısı vəfat etdi

İDMAN
10:07 17.04.2012
2107
Venesuellalı Veronika Qomes nəfəs çatışmazlığından dünyasını dəyişib
Azərbaycanın qadınlardan ibarət Bakı “Lokomotiv” komandasının oyunçusu Veronika Qomes vəfat edib. “Voleybolx.com” saytının məlumatına görə, 27 yaşlı voleybolçu daban vətərində (Axilles vətəri) meydana gələn xəsarət səbəbilə əməliyyat olunmaq üçün ölkəsinə getmişdi. Qomesin nəfəs çatışmazlığı səbəbilə vətəni Venesuellada öldüyü bildirilir.Xatırladaq ki, Veronika Qomes Bakı “Lokomotiv”indən əvvəl Rusiyanın “Uraloçka”, Belçikanın “Tonqeren”, İsveçrənin “Konis”, İspaniyanın “Caja de Avila” və Rumıniyanın “Galati” komandalarında oynayıb.

OXŞAR XƏBƏRLƏR