Azərbaycan konsertinə görə məhkəməyə verildi - 8 milyon ödəməlidir

Azərbaycan konsertinə görə məhkəməyə verildi - 8 milyon ödəməlidir
SOSİAL
15:51 18.01.2017
5312

"Warner Music Russia” şirkəti məşhur müğənni Byankanı məhkəməyə verib.

Buna səbəb ifaçının şirkətin konsertlərlə bağlı imzaladığı müqavilənin şərtlərini . Şirkət bunun qarşılığından Byankadan böyük məbləğdə təzminat tələb edir.

"Warner Music Russia”nın hüquqşünası bildirib ki, Byanka ilə şirkət arasında müqavilə 2012-ci ildə imzalanıb. Şərtlərdə Byankanın hər konsert üçün şirkətlə razılığa gəlməsi qeyd olunub. Amma müğənni icazəsiz 50-yə yaxın konsert verib. Bunların arasında onun Azərbaycan, Almaniya, Qazaxıstanda, Rusiyanın bir neçə şəhərindəki çıxışları da yer alır.

"Warner Music Russia” bunun qarşılığında Byankadan şirkətə 8 milyon rubl (təxminən 243 min manat) ödəməsini istəyir

///Axşam.az

OXŞAR XƏBƏRLƏR