Corc Qafarov: "Anama görə yox, özümə görə seçilmişəm" - MÜSAHİBƏ

SOSİAL
12:45 24.12.2019
8804
Müğənni Roza Zərgərlinin oğlu 23 Dekabr Bələdiyyə seçkilərində Qaraçuxur Bələdiyyəsinə üzv seçilib.
 
Corc Qafarov bu və digər məsələlərlə bağlı AZXEBER.COM-a müsahibə verib.
 
Həmin müsahibəni təqdim edirik: 

- Corc ilk olaraq, bələdiyyə seçkilərində qalib gəldiyinizə görə sizi təbrik edirik. İstərdik ki, özünüz haqda məlumat verərdiz...

- Mən Corc Qafarov, aktyoram. Qaraçuxurda yaşayıram, bələdiyyə namizəd oldum və qalib gəldim.
 
- Sizin qələbəniz sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri iddia edir ki, ananız Roza Zərgərliyə görə qalıb gəlmisiz...

- Bunlar hamısı boş sözlərdi, anam bu məsələdə kənarda idi. Ona görə yox, özümə görə seçilmişəm. Hər deyilən sözə inanmayın.
 
- Dediz ki, aktyorsuz. Bələdiyyə ictimai-siyasi fəaliyyətdir. Bundan sonra hansı sahədə fəaliyyətiniz davam edəcəksiz?

- Bu haqda danışmaq tezdir. Zaman hər şeyi göstərəcək.
 
- Sizin rəqiblərdən biri tanınmış bloqqer Mehman Hüseynov idi. Ancaq qaliblərin siyahısında onun yox, sizin adınız var. Bu sizin üçün sürpriz oldu?

- Bu seçkidir, qalib gələn də olur, məğlub olan da. Acığı deyim qalib gəlməyim mənim üçün də sürpriz oldu. Bu nəticəni gözləmirdim.
 
- Sosial şəbəkələrdə sizi tənqid edənlər də var. Onlara nə demək istərdiz?

- Onlara sadəcə olaraq demək istəyirəm ki, mənim həyatımı araşdırsınlar. Mən pis insan deyiləm. Məncə bu kifayətdir.
 
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR