AZXEBER.COM xəbər verir ki, eniş aşağı gedərkən sürət qutusunu "N" (neytral) vəziyyətinə gətirmək yanacağa qənaət edir.
Müasir mühərriklərdə ayağınızı qazdan çəkdiyinizdə yanacaq verilişi avtomatik kəsilir. Boşda hərəkət isə əyləz məsafəsini uzadır və təhlükəsizliyi ciddi şəkildə pozur.
Kondisioner çox yandırır, ona görə də onu heç vaxt işlətməmək lazımdır.
Uzun müddət işləməyən kondisioner sistemindəki kiçik detallar (contalar) quruyur və böyük xərclərə yol açır.
Həmçinin, yüksək sürətlə gedərkən şüşələri açıq saxlamaq avtomobilin aerodinamikasını pozur ki, bu da kondisionerdən daha çox yanacaq sərfiyyatına səbəb olur.
Səhərlər maşını sürməzdən əvvəl dəqiqələrlə gözləmək lazımdır.
Müasir mühərriklər işə düşdükdən 30-60 saniyə sonra aşağı sürətlə hərəkət edərək daha sürətli və sağlam isinir. Yerində boş-boşuna işləmək sadəcə yanacaq israfıdır.
Təkərlər çox şişkin olsa, sürtünmə azalar və yanacaq qənaəti artar.
Bu, avtomobilin yolla təmasını zəiflədir, təkərlərin qeyri-bərabər yeyilməsinə və qəza riskinə səbəb olur.
Avtomobilin çəkisini azaltmaq üçün yanacaq çənini həmişə yarıda saxlamaq lazımdır.
Bunun çəki fərqi qənaət üçün yox deyiləcək qədər azdır. Əksinə, yanacaqdoldurma məntəqəsinə tez-tez getmək həm vaxt itkisi, həm də əlavə yol xərcidir.
Bəs həqiqətən necə qənaət etməli?
Sərt qaz və qəfil əyləcdən qaçın.
Magistral yollarda sürəti cəmi 10-15% azaltmaq yanacaq sərfiyyatını ciddi dərəcədə aşağı salır.
Baqajdakı lazımsız əşyalar və istifadə olunmayan tavan yük yerləri (baqajı) çıxarılmalıdır.
/Milli.az











































