Pakistanın şimal-qərbində əhalini poliomielitə qarşı peyvənd edən tibb işçilərinin təhlükəsizliyini təmin etdikləri ərazidə baş verən hücum nəticəsində 2 polis ölüb, 1-i isə yaralanıb.
Hücum Əfqanıstanla həmsərhəd olan Xayber-Paxtunxva əyalətinin Mohmand rayonunda baş verib.
Polis əməkdaşı Ayaz Xanın sözlərinə görə, polislər peyvənd qruplarını müşayiət etmək üçün qonşu kəndə gedərkən hərəkətdə olan motosikletdən onlara atəş açılıb.
Hücum edənlər hadisə yerindən qaçıblar.











































