Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib

Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib
DÜNYA
18:42 03.11.2026
162
Londondan gələn təyyarə göyərtəsində partlayıcı qurğunun ola biləcəyi ilə bağlı narahatlıqlara görə Varşava yaxınlığındakı Modlin hava limanında təcili eniş edib.

Təyyarə yerli vaxtla saat 10:01-də hava limanına eniş edib.

Hava limanının nümayəndəsi Adam Şablovski aeroportun müvəqqəti bağlandığını və rəsmilərin partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislərin gəlişini gözlədiklərini bildirib.

Əvvəlcə təyyarə Varşavadakı Frederik Şopen adına hava limanına enməli idi, lakin daha sonra Modlinə yönləndirilib.

Hava limanının administrasiyasından bildiriblər ki, insident barədə daxil olan məlumatla əlaqədar yoxlama aparılır. Təyyarənin göyərtəsində 181 sərnişin var. Bu, son 24 saat ərzində Londondan gələn təyyarənin göyərtəsində artıq ikinci partlayış təhlükəsidir.
OXŞAR XƏBƏRLƏR