Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

Azərbaycanda III ixtisas qrupu ləğv olunur?
SOSİAL
22:46 20.04.2026
1009
Bu il qəbul imtahanlarının ikinci mərhələsinin 1-ci cəhdi üçün ixtisas qrupları üzrə statistikaya nəzər salanda görünür ki, 3-cü ixtisas qrupu üzrə iştirakçı sayı ötən ilə nisbətən xeyli azdır. Təhsil ictimaiyyəti isə bu ixtisas qrupunun getdikcə aktuallığını itirdiyi və plan yerlərinin boş qalacağını müzakirə edirlər.

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Trend-ə açıqlamasında bildirib ki, süni intellekt dövründə İT texnologiyalarının sürətlə inkişaf etdiyi bir mərhələdə bəzi ixtisasların mövcudluğunu qoruyub saxlaması üçün mütləq şəkildə transformasiya və ya reformasiya keçməsi zəruridir.

Onun szözlərinə görə, bir sıra ixtisaslar gələcəkdə ya aktuallığını zəiflədəcək, ya da tamamilə sıradan çıxacaq:

"Bəzi ixtisaslar isə hətta bu cür dəyişikliklər hesabına belə öz mövcudluğunu qorumaqda çətinlik çəkir. Üçüncü ixtisas qrupu bir neçə profilli istiqamətləri özündə birləşdirir. Kəmiyyət baxımından ən geniş yer tutan profil pedaqoji ixtisaslardır. Bu qrupa Azərbaycan dili və ədəbiyyatı, tarix, ingilis dili, ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil və digər ixtisaslar daxildir. Digər istiqamət elmi-humanitar profildir ki, buraya filologiya, pedaqogika və s. aiddir. Növbəti profil hüquqşünaslıq və dövlət idarəetməsi sahələrini əhatə edir. TC alt qrupunda regionşünaslıq praktikliyi ilə seçilir. Bundan əlavə, sosial iş və tərcümə sahələri də bu qrupa daxildir.

Zaman göstərir ki, bu ixtisasların bir çoxu, xüsusilə yaradıcı və kulturoloji istiqamətli profillər, getdikcə aktuallığını və faydalılığını itirir. Məsələn, mədəniyyətşünaslıq, kitabxanaçılıq, muzey işi, arxiv işi, teatrşünaslıq kimi ixtisaslar daha çox nəzəri və konseptual xarakter daşıdığından onların gələcəyi müəyyən mənada sual altındadır.

Bu ixtisaslar ya praktik yönümlülüyünü artırmalı, əmək bazarındakı tələbatı gücləndirməli, ya da mövcud vəziyyətlə üzləşməlidir. Məhz bu amillər nəzərə alınaraq üçüncü ixtisas qrupu üzrə plan yerlərinin tədricən azaldığı müşahidə olunur. Maraqlı məqam ondan ibarətdir ki, bu azalma daha çox pedaqoji profilli ixtisasları əhatə edir".

Ekspert məsələnin səbəblərinə də aydınlıq gətirib. O qeyd edib ki, bunun əsas səbəbi uzun illər ərzində universitetlərdə həddindən artıq pedaqoji kadr hazırlanması və nəticədə əmək bazarında balansın pozulmasıdır:

"Üstəlik, pedaqoji uyğunluq qaydalarına əsasən, pedaqoji ixtisas bitirməyən şəxslərin də müəllim kimi fəaliyyət göstərməsi mümkün olduğundan, bu sahədə əlavə qarışıqlıq yaranır. Məsələn, kimya ixtisasını bitirən şəxs də kimya müəllimi kimi işləyə bilir ki, bu da bazarda rəqabəti qeyri-taraz hala gətirir.

Ümumilikdə, ixtisas seçimi plan yerlərindən asılıdır, plan yerləri isə əmək bazarının real ehtiyaclarını əks etdirir. Bu baxımdan bəzi ixtisaslar üzrə plan yerlərinin azaldılması zəruri hesab olunur".

Elmin Nuri vurğulayıb ki, bütün bunlara baxmayaraq bu ixtisas qrupunun tamamilə sıradan çıxacağını gözləmək olmaz:

"Bununla belə, üçüncü ixtisas qrupunun tam olaraq aktuallığını itirəcəyini düşünmürəm. Xüsusilə qadın abituriyentlər arasında bu ixtisaslara marağın yüksək olması həmin qrupun hələ uzun müddət öz aktuallığını qoruyacağını deməyə əsas verir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
13:30 22.07.2026
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
Mehdiabadda kişini başından vurub öldürdülər
13:28 22.07.2026
Mehdiabadda kişini başından vurub öldürdülər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?