"Biz Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası liderləri arasında baş tutmuş görüşü alqışlayırıq".
AZXEBER.COM-un məlumatına görə, bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.
"Ümid edirik ki, bu görüş Koreya yarımadasında sülh, təhlükəsizlik və stabilliyin güclənməsinə töhfə verəcək", - deyə XiN rəsmisi bildirib.