Azərbaycan kuboku kimin olacaq? - 'Neftçi' yoxsa 'Xəzər-Lənkəran'
İDMAN
13:25 28.05.2013
1489
Bu gün rəsmən Azərbaycanda 2012/13 mövsümünə yekun vurulacaq. AZXEBER.COM-un məlumatına görə, “Böyük oyun” avrokuboklardan başlayan uzun marafonun yekun nöqtəsi olacaq.Təbii ki, sonluğu ölkənin 2 aparıcı klubunun vurması daha təqdirəlayiq haldır. Çünki belədə azarkeşlər “Neftçi” və “Xəzər Lənkəran” arasında keçiriləcək, derbi adını almış oyunda darıxmayacaq.Bu komandalar ilk dəfə kubokun finalında qarşılaşacaq ki, bu da görüşü daha bir maraqlı edən cəhətdir. Rəqiblər sonuncu dəfə kubokda 2011-ci ildə qarşılaşıb ki, bu da 1/4 finala təsadüf edib. Onda da Mirça Rednikin yetirmələri Arif Əsədovun başçılıq etdiyi komandanı finala bərabər oyunda yenməyi bacarmışdı.İndi isə yeni məşqçilər üz-üzə gəlir. Bu qarşılaşma həm də Böyükağa Hacıyevlə Con Toşakın ilk qarşıdurması kimi xarakterizə olunmalıdır. Buna qədər cari mövsüm Yunis Hüseynov və Karles Martorell Bakeslə üz-üzə gələn Hacıyevin uelsli məşqçi ilə rəqabətdən üzüağ çıxıb-çıxmayacağı da maraq doğurur.Azərbaycan kuboku, final.20:00. “Neftçi” – “Xəzər Lənkəran”Bakı. Tofiq Bəhramov adına Respublika stadionu