Azərbaycan kubokunda ilk oyunların vaxtı dəqiqləşib

İDMAN
14:59 21.10.2013
928

Azərbaycan kuboku uğrunda yarışların 1/16 final mərhələsinin oyunlarını başlama saatları açıqlanıb. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, qalibin tək oyunla müəyyən olunacağı bu mərhələnin matçları oktyabrın 23 və 30-da keçiriləcək.

Bu mərhələnin oyunlarından yalnız Naxçıvanda baş tutacaq qarşılaşma əvvəl nəzərdə tutulduğu kimi oktyabrın 23-də keçirilməyəcək. Buna səbəb Naxçıvan şəhər stadionunda həmin gün keçirilməli olan Superkubok matçıdır. Ölkə kubokunda yeni mövsümə MOİK-lə “Qaradağ Lökbatan” arasında reallaşacaq görüşlə start veriləcək. Azərbaycan kuboku, 1/16 final 23 oktyabr (çərşənbə) 13:00 MOİK – “Qaradağ Lökbatan” “Bakı” FK-nın təlim-məşq bazasının stadionu 15:00 “Şuşa” – “Şahdağ” “Şəfa” stadionu, 4-cü meydança 15:00 “Mil-Muğan” – “Lokomotiv” Heydər Əliyev adına İmişli şəhər stadionu 30 oktyabr (çərşənbə) 14:00 “Araz Naxçıvan” – “Ağsu” İ.Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu 

 

OXŞAR XƏBƏRLƏR