Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur

Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
İDMAN
09:15 29.10.2026
262
Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulacaq.

AZXEBER.COM-un məlumatına görə, son olaraq iki oyun keçiriləcək.

I Liqa təmsilçilərinin duelində "Xankəndi" "Gəncəbasar"la münasibətlərə aydınlıq gətirəcək.

I Liqanın digər iştirakçısı "Karvan-Yevlax" II Liqada çıxış edən "Zəngəzur"la üz-üzə gələcək. Hər iki qarşılaşma saat 14:00-da start götürəcək.

Azərbaycan Kuboku

II təsnifat mərhələsi

29 oktyabr

14:00. "Xankəndi" – "Gəncəbasar"

Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

14:00. "Zəngəzur" – "Karvan Yevlax"

Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Binə qəsəbə stadionu
OXŞAR XƏBƏRLƏR