Azərbaycan öldürülən jurnalistlərin ailələrinə başsağlığı verdi

Azərbaycan öldürülən jurnalistlərin ailələrinə başsağlığı verdi
SOSİAL
22:25 01.08.2018
7312
Azərbaycan Xarici İşlər Nazirliyi Mərkəzi Afrika Respublikasında (MAR) rusiyalı jurnalistlərin qətlə yetirilməsi ilə əlaqədar başsağlığı verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsində məlumat yayılıb.

Başsağlığında deyilir: 

"MAR-da faciəli şəkildə öldürülən rusiyalı jurnalistlərin doğmalarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, dünən MAR-da 3 rusiyalı jurnalist - Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko qətlə yetiriliblər.
OXŞAR XƏBƏRLƏR