Apasport.az saytının məlumatına görə, Dubayda Lixtenşteynlə baş tutacaq matçın komandamızın mövqeyinə nə dərəcədə təsir edəcəyi məlum olub.
Hazırda hesabında 277 xalı olan millimiz həmin görüşdə qalib gələcəyi halda, bu rəqəm 283-ə çatacaq. Özündən zəif olan rəqibi uda bilməmək isə komandamızın ziyanına işləyəcək.
Belə ki, heç-heçə etməklə millimiz reytinqinin 273 xala düşməsi ilə barışmalıdır. Məğlubiyyət isə daha ciddi sonluqla nəticələnəcək. Həmin halda, yığmamızın reytinqi 268-ə bərabər olacaq.
Qeyd edək ki, fevralın 1-də Özbəkistanla baş tutacaq yoxlama oyunu FİFA reytinqində hesablanmayacaq.