Azərbaycan London Olimpiadasında ilk medalını qazandı

İDMAN
01:38 30.07.2012
1657
Bu gün London olimpiadasında ağırlıqqaldırma üzrə ilk təmsilçimiz Valentin Xristov podiuma çıxıb. Məlumata görə, 18 yaşlı idmançımız A qrupunda qüvvəsini sınayıb.Bu qrupda 10 ağırlıqqaldıranın mübarizə aparacağı yarışa Bakı vaxtı ilə saat 23:00-da start verilib.Xristov birdən qaldırmada 123 kq sifariş vermişdi ki, bunun da öhdəsindən layiqincə gəlib. İdmançımız ikinci cəhdində 127 kq-ı başı üzərinə qaldırıb. Xristovun üçüncü cəhdi isə uğursuz alınıb. O, 130 kq-ın öhdəsindən gələ bilməyib.Təmsilçimiz təkanla qaldırmada da ilk cəhdi uğurlu alınıb. Xristov 154 kq-ın öhdəsindən layiqincə gəlib. Lakin idmançımız 158 kq-ı başı üzərinə qaldıra bilməyib. Bununla belə, Xristov üçüncü cəhdində 159 kq-ı qaldırmaqda çətinlik çəkməyib və bürünc medala sahib çıxıb. Bu, Azərbaycanın Olimpiya oyunlarında qazandığı ilk medal olub.

OXŞAR XƏBƏRLƏR