“Azərbaycan - Macarıstan əlaqələri günü-gündən inkişaf edir”

“Azərbaycan - Macarıstan əlaqələri günü-gündən inkişaf edir”
SİYASƏT
17:07 12.12.2025
146
Macarıstanla Azərbaycan arasında təbii qaz sazişi imzalanıb. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkədə məlumat verib. Nazir bildirib ki, saziş iki il müddətinə nəzərdə tutulub və 800 milyon kubmetr həcmində təbii qaz tədarükünü əhatə edəcək. 

İqtisadçı ekspert Xalid Kərimli AZXEBER.COM-a açıqlamasında deyib ki, Macarıstan ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir: 

"İki ölkə arasında siyasi və strateji əlaqələr yaxşıdır. Azərbaycan, Macarıstan kimi Avropa ölkələrinə daima qaz tədarük edir. Avropa ölkələri ilə münasibətlər bəzən siyasi müstəvidə sərtləşsə də, ümumilikdə hamısı ilə əlaqələrimiz yaxşıdır. Macarıstan da Avropa ölkələri arasında bizə çox yaxın dövlətdir. Bu qaz tədarükü hər iki ölkəyə müsbət təsir göstərəcək. Macarıstanın enerji təhlükəsizliyində rolumuz artacaq və münasibətlər daha da yaxşılaşacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR