"Azərbaycan maksimum ədalətli olmağa çalışır"

"Azərbaycan maksimum ədalətli olmağa çalışır"
SOSİAL
16:36 30.12.2024
254
Prezident cənab  İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına müsahibəsində Bakı-Qroznı istiqaməti üzrə reysi yerinə yetirməyə çalışan AZAL-a məxsus təyyarənin qəzaya uğraması, səbəbləri və bu faciəvi hadisədən irəli gələn məsələlərlə bağlı fikirlərini bölüşdü.
Şübhəsiz ki, bu müsahibə onun "Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” fikrinin daha bir təsdiqidir.

AZXEBER.COM xəbər verir ki, dövlət başçısı Aktauda Azərbaycan təyyarəsinin düşməsi xəbəri alınan ilk saatlardan məsələni diqqət mərkəzində saxladığını və bununla bağlı bütün zəruri addımları atdığını bildirib. Azərbaycan lideri qəza xəbərini Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən aldığını və dərhal müvafiq göstərişlər verdiyini deyib.

Təbii ki, hadisə ilə bağlı sürətli və operativ şəkildə verilən qərarlar təqdirəlayiq idi. İlk olaraq Dövlət Komissiyası yaradıldı, müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə ezam edildi. Atılan addımlar İlham Əliyevin liderlik xüsusiyyətlərinin ən yüksək səviyyədə göstəricisi idi. Bu qətiyyətin, prinsipial mövqenin nəticəsi idi ki, insidentdən bir müddət sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan liderinə üzrxahlıq zəngi etdi və təyyarə qəzasının raket hücumuna məruz qaldığı etiraf olundu. Təbii ki, xeyli insan ölümü ilə nəticələnən bu irimiqyaslı qəza üçün bir üzrxahlıq mesajı kifayət edə bilməz.

Müsahibədə Rusiya tərəfinin, bəzi rəsmilərin qəza ilə bağlı ortaya atdıqları cəfəngiyyatlar da sərt tənqid olundu."Təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu”, - cənab prezident bildirdi.

Prezident cənab İlham Əliyev müsahibəsində açıq şəkildə bəyan etdi ki, qəzanın istintaqı müstəqil ekspertlərin iştirakı ilə aparılacaq:"Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır”.

Budur əsl mövqe! Dövlət başçısı bir daha əmin etdi ki, qəza ilə bağlı bütün araşdırmalar aparılacaq, məsuliyyət daşıyanlar cəzalandırılacaq.
"Yenə də deyirəm, "qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək”, - cənab Prezident əminliklə vurğuladı.
Müsahibədə o da bəyan edildi ki, təyyarə qəzasının təfərrüatları tam və açıq şəkildə hər bir Azərbaycan vətəndaşına çatdırılacaq və hər şeyə aydınlıq gətiriləcək.

Prezident müsahibəsində Rusiya tərəfindən bir çox suallara cavab verilməsini də istədi. Dövlət başçısı ortaya xeyli sual qoydu. Əminik ki, bu suallara çox yaxında cavab veriləcək.

Nəticə etibarilə Azərbaycan tərəfinin hadisəyə operativ reaksiyası, Prezidentin qətiyyəti və prinsipiallığı, çevik addımlar, real məlumatların yerli və beynəlxalq ictimaiyyətə operativ çatdırılması Rusiyanın cəhdlərini ifşa etdi
Azərbaycan Rusiyanın düşməni deyil. Əksinə Moskva Bəyannaməsi ilə iki ölkə müttəfiqdir. Bundan başqa, iki ölkə birdən çox sahədə əməkdaşlıq edir.

Rafiq Məmmədov, Əməkdar müəllim





OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO