Azərbaycan manatının dizaynı dəyişir? - FOTO

İQTİSADİYYAT
12:02 15.08.2013
12571

2014 cü ildə manatın yeni dizyanı daha fərqli şəkildə çapı gözlənilir.

AZXEBER.COM-un məlumatına görə, 1, 5, 10, 20 və 50 manatların üzərində dahi şəxsiyyətlərin, 100 manatlıq əskinazın üzərində isə Heydər Əliyevin şəkli əks olunacaq.

Xatırladaq ki, Mərkəzi Bank rəhbərliyi milli valyutanın yaranmasının 20 illiyi münasibətilə yaydığı açıqlamada manatın yeni dizaynda çap ediləcəyini bildirmişdilər. MB manata yeni dizayn verilməsini onun təhlükəsizlik səviyyəsinin yüksəldilməsi ilə əsaslandırır. Manatın yeni dizaynda nə zaman dövriyyəyə buraxılacağı isə açıqlanmır. Lakin qeyri rəsmi mənbələrə görə, Mərkəzi Bank artıq milli valyutanın çapı üçün yeni şirkətlərlə danışıqlar aparır.

Məsələ ilə bağlı Mərkəzi Bankdan ANS PRESS-ə verilən məlumata görə, bütün bu xəbərlər yalandır.“Bütünlüklə cəfəngiyyatdır. Yalandır. Heç bir manat dəyişikliyi olmayıb və olmayacaq. Azərbaycanın Milli Manatı olduğu kimi qalacaq”, - deyə Mərkəzi Bankdan bildirilib.

OXŞAR XƏBƏRLƏR