“Azərbaycan Mərakeş üçün etibarlı tərəfdaşdır” - Günel Məmmədhəsənova

“Azərbaycan Mərakeş üçün etibarlı tərəfdaşdır” - Günel Məmmədhəsənova
SOSİAL
14:46 13.07.2019
7358
Mərakeş Krallığının Azərbaycandakı Səfiri Məhəmməd Adil Embarşın və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Beynəlxalq Əlaqələr  komisiyasının rəhbəri, gənc sahibkar Günel Məmmədhəsənovanın birgə təşkilatçılığı ilə Azərbaycan və Mərakeş iş adamları bir araya gəlib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə sahibkarlar, rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri iştirak edib. 

Keçirilən bu ziyafətdə kənd təsərrüfatı və qida, nəqliyyat və logistika, iqtisadi islahatlar, ətraf mühit texnologiyaları kimi müxtəlif sahələrə dair müxtəlif  fikirlər söylənilib.

Tədbirin açılışında iştirak edən Mərakeş Krallığının Azərbaycandakı Səfiri Cənab Məhəmməd Adil Embarş  Azərbaycan – Mərakeş Krallığı arasındakı dostluq əlaqələrindən, eləcə də günbəgün inkişaf edən əməkdaşlıqdan söz açıb.

Səfir həmçinin onu da vurğulayıb ki, Mərakeş Krallığının xarici siyasətində Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir və əlaqələr həm siyasi, həm də iqtisadi nöqteyi - nəzərindən bir çox  sahələrdə inkişaf etdirilir.

Bundan başqa tədbirin gedişatı ərəfəsində son bir neçə il ərzində Mərakeş Krallığında yaradılan nəhəng ticari dəniz limanları, avtomobil zavodları və bu kimi digər sahələr  haqqında qısametrajlı video – təqdimat qonaqlara nümayiş etdirilib

Eyni zamanda, tədbirdə çıxış edən AQSİA – nın rəhbəri Səkinə Babayeva  Azərbaycanla Mərakeş Krallığı arasındakı əlaqələrdən məmnunluqla bəhs edib, Rəhbəri olduğu Assosiasiyanın fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumaat verən Səkinə Xanım Mərakeş Krallığının uzunəsrli tarixi ənənələrə və zəngin kulinariyaya mənsubluğunu dəfələrlə vurğulayaraq  gələcəkdə hər iki dövlət arasındakı əməkdaşlığın daha da gücləndirilməsinə ümidvar olduğunu bildirib.

Tədbirdə çıxış edənlər arasında AQSİA – nın Beynəlxalq Əlaqələr üzrə Komissiya Rəhbəri olan Sahibkar xanım Günel Məmmədhəsənova  İqtisadi Tərəfdaşlığın qurulması baxımından Azərbaycanın etibarlı bir tərəfdaş olduğunu yekdilliklə  vurğulayıb. Bildirib ki, yaxın gələcəkdə Azərbaycanın dəyərli istehsalçı xanimlari öz məhsulları ilə dunya bazarında rəqabət qabiliyyətli, keyfiyyət  qabiliyyətli məhsulları ilə  təbliğ olunacaq. 

Daha sonra, tədbirin növbəti hissəsində Səfir tədbir iştirakçılarını qonaqların şərəfinə təşkil olunmuş Mərakeş təamlarından dadaraq zövq almağa dəvət edib.

Tədbirin sonunda Səfir və onun xanımı ilə xatirə şəkilləri çəkilərək bütün qonaqlara fəaliyyətlərində uğurlar arzulanıb.

 


 

 

 

 

 

 

 


 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp zelenski ilə görüşüb
22:10 23.09.2025
Tramp zelenski ilə görüşüb
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti ilə görüşüb
22:05 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti ilə görüşüb
Əfqanıstan: Baqram bazasını ABŞ-a geri verməyəcəyik
21:50 23.09.2025
Əfqanıstan: Baqram bazasını ABŞ-a geri verməyəcəyik
Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
21:41 23.09.2025
Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
BMT Baş Assambleyası çərçivəsində Fransanın Dənizaşırı ərazilərinə dair beynəlxalq konfrans keçiriləcək
21:36 23.09.2025
BMT Baş Assambleyası çərçivəsində Fransanın Dənizaşırı ərazilərinə dair beynəlxalq konfrans keçiriləcək
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb
21:33 23.09.2025
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb
Tramp Avropa ölkələrini miqrasiya probleminə görə tənqid edib
21:23 23.09.2025
Tramp Avropa ölkələrini miqrasiya probleminə görə tənqid edib
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
21:08 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər
21:01 23.09.2025
Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
20:52 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
20:48 23.09.2025
Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
"Kəşfiyyatçı Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək HƏLAK OLDU
20:45 23.09.2025
"Kəşfiyyatçı Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək HƏLAK OLDU
"İlham Əliyevə bir daha təşəkkür edirəm" - Ərdoğan
20:41 23.09.2025
"İlham Əliyevə bir daha təşəkkür edirəm" - Ərdoğan
BMT tribunasından Qəzza MESAJI
20:37 23.09.2025
BMT tribunasından Qəzza MESAJI
“Bank of Baku” istiqrazları yüksək tələbatla satıldı - 601 investor
20:28 23.09.2025
“Bank of Baku” istiqrazları yüksək tələbatla satıldı - 601 investor
Baku TV-yə yeni baş redaktor təyin olundu
20:14 23.09.2025
Baku TV-yə yeni baş redaktor təyin olundu