“Azərbaycan mətbuatında multikulturalizm ənənələri” mövzusunda təlim keçirilib

“Azərbaycan mətbuatında multikulturalizm ənənələri” mövzusunda təlim keçirilib
MEDIA
11:34 29.07.2015
1234
Bu gün “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Müxtəlif mədəni və dini dünya görüşə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyasının dəstəklənməsi” layihəsi çərçivəsində multikulturalizmdən yazan jurnalistlər üçün “Azərbaycan mətbuatında multikulturalizm ənənələri” mövzusunda təlim keçirilib.
Layihənin rəhbəri Niyaz Niftiyev bildirilib ki, tarixin bütün dövrlərində Azərbaycanda milli və dini azlıqlara münasibətdə ölkənin yazılı və elektron kütləvi informasiya vasitələri kifayət qədər dözümlülük nümayiş etdirib: “Hələ XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda rus dilində qəzetlər nəşr edilməyə başladı. Artıq, 1905-1907-ci illərdə Azərbaycanda 70-dən çox qəzet və jurnal rus dilində nəşr edilirdi. Əlbəttə, bu daha çox ictimai-siyasi formasiya ilə əlaqədar olsa da əlamətdar hadisə idi”.
N.Niftiyev əlavə edib ki, hazırda Azərbaycanda yaşayan etnik və dini icmaların dilində 15-dən, rus dilində isə 30-dan çox qəzet, jurnal və internet media var: “Telekanallarda milli və dini azlıqların etnik mədəni həyatı, etnoqrafiyası barədə müntəzəm materiallar hazırlanır. Milli və dini azlıqların sıx yaşadığı 5 bölgədə isə yerli teleradio kanalları fəaliyyət göstərir”.
Layihə rəhbəri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının “Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin sahələri” (V) bölməsində dövlətin, əsasən, hansı sahələr üzrə proqram və layihələrin həyata keçirilməsini dəstəklədiyi xüsusi qeyd olunur: “Burada da “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” xüsusi bənd kimi göstərilir. 2009-cu ildən bu günədək ildə iki dəfə (Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il, Novruz bayramı) jurnalistlər üçün fərdi müsabiqə zamanı “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda yüzlərlə məqalə təqdim olunmuşdur. Bu yazılar, eyni zamanda, müəlliflərin çalışdıqları KİV-lərdə işıq üzü görmüş və bilavasitə ictimaiyyət tərəfindən oxunmuşdur”.
Təlimdə jurnalistlər maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
22:53 17.10.2026
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO