Azərbaycan Milli Televiziya və Radio Şurası 'Space' telekanalına qarşı sərt tədbir görəcək

Azərbaycan Milli Televiziya və Radio Şurası
MEDIA
16:10 04.05.2012
2938
Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) xarici serialların yayımının dayandırılması ilə bağlı qərarına məhəl qoymayan “Space” telekanalına qarşı sərt tədbir görəcək. Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, Azərbaycandakı telekanalların əksəriyyəti MTRŞ-nın mayın 1-dən xarici serialları dayandırmaqla bağlı qərarına əməl edib: “Yalnız “Space” kanalı ilə bağlı problem var. Bu problem də qanunauyğun şəkildə həll ediləcək. Şura mayın 7-də bu məsələni ciddi şəkildə müzakirə edib qanuna uyğun olaraq telekanala qarşı cəza tədbiri görəcək”. N. Məhərrəmli bildirib ki, bu cür hallar qətiyyən yolverilməzdir və heç bir telekanal bu metodlardan istifadə edə bilməz: “Bu metodlar onlara xeyir gətirməz”. “Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev isə APA-ya açıqlamasında bildirib ki, MTRŞ-dan kanala bununla bağlı müraciət olunub. İcraçı direktor hər hansı açıqlamanı MTRŞ nümayəndələri ilə görüşdən sonra verə biləcəyini deyib.Qeyd edək ki, digər kanallar xarici serialların yayımını dayandırsa da, "Space"də “Bu zalım dünyada doğulma!" serialının yayımı davam edir.  
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
17:48 24.08.2026
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
17:43 24.08.2026
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
Donald Tramp: “İran tamamilə çökür”
17:38 24.08.2026
Donald Tramp: “İran tamamilə çökür”
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
17:30 24.08.2026
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
17:24 24.08.2026
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
17:19 24.08.2026
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
17:16 24.08.2026
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
17:15 24.08.2026
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
17:09 24.08.2026
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:03 24.08.2026
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
“Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyəyə çatıb” - Deputat
16:53 24.08.2026
“Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyəyə çatıb” - Deputat
Metroda sıxlıq niyə azalıb? – Səbəb açıqlandı
16:46 24.08.2026
Metroda sıxlıq niyə azalıb? – Səbəb açıqlandı
İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb
16:43 24.08.2026
İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb
Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
16:40 24.08.2026
Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
44 milyard dollarlıq sərvət sahibi öldü
16:30 24.08.2026
44 milyard dollarlıq sərvət sahibi öldü
Əhvalımıza uyğun geyinirik, yoxsa geyimimiz əhvalımızı dəyişir?
16:25 24.08.2026
Əhvalımıza uyğun geyinirik, yoxsa geyimimiz əhvalımızı dəyişir?