Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində ilk matçına çıxacaq

Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində ilk matçına çıxacaq
İDMAN
09:32 12.03.2025
642
Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, B Liqasının II qrupunda yer alan komanda Lüksemburqla üz-üzə gələcək.

Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı albaniyalı baş hakim Eqlantina Pyetruşaj idarə edəcək. Matç saat 16:00-da başlayacaq.

Qrupun digər oyununda, saat 11:00-da isə Bolqarıstan və Malta milliləri üz-üzə gələcək.

Qeyd edək ki, qrupun bütün oyunları Bakıda keçiriləcək.
OXŞAR XƏBƏRLƏR