Azərbaycan millisi Avropa çempionu oldu

İDMAN
11:30 07.12.2013
990
Azərbaycan millisi Avropa birincisi oldu. 
AZXEBER.COM-un məlumatına görə, Macarıstanın Budapeşt şəhərində keçirilən сüdo üzrə Avropa çempionatının finalında paralimpiya yığmamız Ukrayna komandasına qalib gələrək (3:2) birinci yerə çıxıb.
5 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan idmançılarımız həm də Avropanın ən güclü komandası olub. İdmançılarımız dekabrın 8-də vətənə dönəcəklər.Qeyd edək ki, Avropa çempionatında müxtəlif çəkilər üzrə 16 nəfər idmançı iştirak edib. Onlardan beş nəfər gənc paralimpiyaçı ilk dəfə olaraq belə mötəbər yarışda iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR